Yad Podcast

Yad

yadpodcast
Virtual dünyanın insanlar arasındakı məsafəni daha da dərinləşdirdiyi bu dövrdə məhz həmin texnologiyadan istifadə edərək yeni dostlar qazanmaq mümkündür. Necə? Özünüz qulaq asın
Yad/vol.7 Zirvə
və Güneeel Zirvə! Bu dəfəki podkastda olduqca fərqli mövzulara toxunduq. Aktyorluqdan ər çörəyinin dadına qədər geniş spektrdə müzakirələr apardıq. Dedik, güldük, əyləndik. Əgər gülüş səsim sizi narahat edirsə, sona qədər dinləməyə bilərsiniz))))  Diqqət! Yüksək miqdarda sarkazma məruz qalma ehtimalınız var!    Qulaqlarınız dərd eşitməsin!
Jul 15, 2021
1 hr 10 min
Yad/vol.6 Salamlı
Amerika sevgisi, VƏTƏN anlayışı, təbiət Vs. komfort kimi müxtəlif mövzuları Vüqar Salamlıdan dinləməyə tələsin! 90-ları həqiqətən yaşamış insandan dinləmək ayrı hiss imiş))) Ev tapşırığı:  äkinchi-yə patron olun!   Qulaqlarınız dərd eşitməsin!
Jul 8, 2021
1 hr 29 min
Yad/vol.5 AZ-YA
Azərbaycanlılaşdıra bildiklərimizdənsinizmi? Əgər deyilsinizsə, hələ də gec deyil))) Maraqlı insanları öz podkastında illərdir qonaq edən Röyal Paşayev (aka AZ-YA) bu dəfə özü bizə qonaq oldu. Öz dilimizdə GoT-dan tutmuş Nobel mükafatına qədər şaxələnən söhbətə qulaq asmağa tələsin! Qulaqlarınız dərd eşitməsin!
Jul 1, 2021
2 hr
Yad/vol.4 Narmin Z
Nərminlə çalışdıq ki, feminizmdən çox danışmayaq. *alındığı qədər* Əvəzində Kitab Klubumuzdan, "Friends" sevgimizdən, Avropa macəralarımızdan danışdıq. Birlikdə dincəldik. Sizin də dinləyərkən dincəlməyiniz diləyi ilə... Qulaqlarınız dərd eşitməsin!
Jun 25, 2021
1 hr 7 min
Yad/vol.3 Samad
Səmədin səsinə heyran olduğumu demişdim? Ex-lərdən bizə qalan nə oldu? Amerika və Avropaya yolumuz necə düşdü? Hələ də maraq oyanmadısa, Səmədin qəribə vərdişləri və "Guilty Pleasure"-i 100% maraq yaradacaq. Dinləyib bəyənməyi  unutmayın!  Qulaqlarınız dərd eşitməsin!
Jun 17, 2021
1 hr 7 min
Yad/vol.2 Hacı
Hacı ilə çox əyləndik. İnanc, ya da inancsızlıq haqqında fikirlərimizi, ölümdən sonranı necə təsəvvür etdiyimizi dinləmək maraqlıdırsa, çayınızı süzüb, səsi artırın.  Qulağınız dərd eşitməsin!
Jun 10, 2021
1 hr 5 min
Yad/vol.1 Babayeva
Nərminlə yenə atomu parçalamağa çalışmışıq. Necə tanış olduğumuzdan, İstanbul macəralarımızdan, məktubdan, sevdiyimiz alimlərdən, müəllimlik peşəsindən, qısacası, o an ağlımıza gələn hər şeydən danışmışıq. Spoiler Alert!!! Sonda, deyəsən,  dünyanı xilas eləməyə çalışıram.)))  Qulaqlarınız dərd eşitməsin!
Jun 3, 2021
1 hr 2 min