
Podkastımızda bu dəfə Ləman Orucova ilə Ursula Le Guinin Mülksüzlər kitabının tərcümə prosesindən danışdıq. Ursula Le Guinin bu anarxist əsəri Egalite təşəbbüsü tərəfindən ilk dəfə Azərbaycan dilinə tərcümə olunub.
Sep 17, 2021
21 min

Bu mahnıda uşaqlığımızdan bu günə 8 martın bizim üçün olan simvolikası və əhəmiyyəti üzərinə fikirlərimizi bir araya toplamağa çalışmışıq. Bizi son illər ilhamlandıran, feminizmi gündəlik diskursun bir hissəsinə çevirməyi bacaran, patriarxata qarşı məkanda mübarizə aparan, və ümumiyyətcə susmayıb danışan, qorxmayıb ayağa qalxan, digərlərinin əlindən tutan, düşünən, yazan və yaradan, mübarizənin bir hissəsi olan hər kəsə həsr olunur bu mahnı! Patriarxatı musiqi və rəqslə çökdürək!
Bəstələdi: Elmir Məhəmmədov
Mar 8, 2021
6 min

Bu dəfə rejissor Lalə Əliyeva ilə söhbətləşdik. Son filminin müzakirəsindən başladıq və sonra daha mücərrəd suallar fikrimizi yayındırdı. Lalənin “Onlar pıçıldayır, amma bəzən qışqırır “ filminin çarxını linkdə tapa bilərsiniz:
Danışdığımız filmlər və kitablar:
Carlos Reygadas “Post Tenebras Lux”
Apichatpong Weerasethakul-un filmləri
Alain Guiraudie “Strangers By The Lake”
Аlexey Fedorchenko “Celestial Wives of the Meadow Mari”
Sei Shonagon “The Pillow Book”
Gaston Bachelard “The Poetics of Space”
“Каникулы в Простоквашино” cizgi filmi
Feb 19, 2021
12 min

Bu podkastda kişi mərkəzli dizaynın günümüzdə ən çox gördüyümüz və “neytral” olaraq qəbul olunan piktoqramlarda öz əksini necə tapdığından danışırıq.
Feb 12, 2021
26 min

Bu podkastda ÜDM-nün yaranma əsaslarından, istifadəsindən və mövcud alternativlərindən danışmışıq. "Niyə artıq ÜDM 20-ci əsrdəki qədər uyğun ölçü deyil ?" sualının cavabını tapa bilərsiniz.
Dec 25, 2020
13 min

Podkastımızın bu buraxılışında Elmi Spektr Tyutorluq Proqramı (ESTP) haqqında danışırıq. Tyutorluq proqramı Azərbaycanda oxuyan tələbələrin elmin müxtəlif sahələri üzrə praktiki təcrübə qazanmaları üçün yaradılmış proqramdır, və əsas məqsədlərindən biri təcrübəli araşdırmacılar və tələbələr arasında produktiv körpü qurmaqdır. Proqram çərçivəsində müvafiq sahələr üzrə mütəxəssislər tələbələrlə birlikdə 3 aylıq layihələr həyata keçirir və sonunda bunları fərqli formatlarda təqdim edəcəklər. Proqramın təhsilə verə biləcəyi töhvə və həyata keçirilmə prosesi barədə daha çox öyrənmək üçün podkastımızı dinləyin.
Dec 3, 2020
36 min

Podkastımızda bu dəfə Nobel mükafatı almış iki qadın iqtisadçı - Elinor Ostrom və Esther Duflo haqqında danışırıq. Klassik iqtisadiyyatın hüdudlarından kənara çıxıb, elmə yeniliklər və daha insani sima qazandıran bu iki iqtisadçının əsas işləri ilə yanaşı, həm də akademiyada qadın iqtisadçıların niyə az olduğu barədə də danışmışıq.
Aug 28, 2020
24 min
Load more



