Show notes
Silikon Vadisində 10 ildən artıq iş təcrübəsi olan Ulduz Azər bizimlə söhbətində qadınların texnologiya şirkətində çalışması zamanı yaranan çətinliklər, şirkətlərin daxili mədəniyyəti haqda danışdı.
Ulduz bakalavr təhsilini Kaliforniya ştatında yerləşən Berkli Universitetində alıb. Daha sonra İstanbulda yerləşən Sabançı Universitetində maliyyə ixtisasi üzrə magistr dərəcəsinə yiyələnib.
O, Oracle və Twitter kimi texnologiya nəhənglərində maliyyə təhlilçisi vəzifəsində çalışdıqdan sonra, istiqamətini dəyişərək, yeni yaranmaqda olan əmək qüvvəsinin planlaşdırılması sahəsinə keçib.



