Avto FM 107.7
Avto FM 107.7
Avto FM 107.7
Çin Maşınlarının Qiymətindəki Böyük Dəyişikliklər - Real Bazar Analizi 2026 | Qaydaları Pozma
17 minutes Posted Jul 9, 2026 at 8:25 am.
0:00
17:52
Download MP3
Show notes
Bu buraxılışımızda son illərin ən çox müzakirə olunan mövzusuna — Çin istehsalı avtomobillərin Azərbaycandakı qiymət siyasətinə və bazar dinamikasına işıq salırıq! "Avto FM"-in qonağı BYD Motors Bakı şirkətinin satış və marketinq rəhbəri Toğrul Məliklidir.

Podcastda Çin avtomobillərinin qiymətlərinin tez-tez dəyişməsinin pərdəarxası səbəblərini, 2026-cı il yanvarın 1-dən tətbiq olunan %18 ƏDV vergisinin rəsmi idxala təsirlərini və "Grey Market" (paralel idxal) vasitəsilə maya dəyərindən aşağı qiymətə satılan avtomobillərin yaratdığı süni qiymət enmələrini müzakirə edirik. Həmçinin rəsmi distribütorların qiymət sabitliyi, ikinci əl BYD modellərinin trade-in (barter) kampaniyası və payıza doğru bazarda gözlənilən qiymət tənzimləmələri barədə ən son ekspert rəylərini burada tapa bilərsiniz!